Vüsal İsgəndərli Albaniya çempionatında ilk qolunu vurdu

Vüsal İsgəndərli Albaniya çempionatında ilk qolunu vurdu
XƏBƏR 4 Sentyabr 2023 / 00:30 3955
-  A +

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında 2-ci tur oyununa çıxıb.

Qol.az xəbər verir ki, komanda "Kukesi"nin qonağı olub və 4:0 hesabı ilə qalib gəlib. "Eqnatiya"nın 4-cü qolunu 58-ci dəqiqədə Vüsal İsgəndərli vurub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Bu, Vüsalın Albaniya çempionatında ilk qoludur. 27 yaşlı hücumçu "Biliş"lə yoxlama görüşündə də fərqlənmişdi

"Kukesi" - "Eqnatiya" - 0:4
Qollar:
Paulauskas, 20, 30, Dvamena, 51, Vüsal İsgəndərli, 58

Qeyd edək ki, "Eqnatiya" 3 xalla 4-cü, "Kukesi" 0 xalla 10-cu-sonuncudur.


Son xəbərlər
topaz banner