Musa oynadı, "Yurqorden" qalib gəldi

Musa oynadı, "Yurqorden" qalib gəldi
XƏBƏR 3 Sentyabr 2023 / 21:30 16664
-  A +

Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" bu gün İsveç çempionatında 22-ci tur oyununa çıxıb.

Qol.az xəbər verir ki, komanda "İFK Norrkoepinq"in qonağı olub. Matç "Yurqorden"in qələbəsi ilə başa çatıb - 2:0. Start heyətdə meydana çıxan Musa 90+4-cü dəqiqədə əvəzlənib.

"Yurqorden" bu nəticədən sonra 40 xalla 4-cü pillədə qərarlaşıb.

"Yurqorden" - "İFK Norrkoepinq" - 2:0

Qollar: Numan, 63-avtoqol, Radetinak, 76

Xatırladaq ki, M.Qurbanlı 21-ci turda "Deqefors"a qarşı matçda dubl edib və 1 qolun ötürməsini verib.


Son xəbərlər
topaz banner