Türkiyə millisinin üzvü rəsmən "Mançester Yunayted"də

Türkiyə millisinin üzvü rəsmən "Mançester Yunayted"də
XƏBƏR 1 Sentyabr 2023 / 12:28 4883
-  A +

"Mançester Yunayted" Türkiyə millisinin və "Fənərbaxça"nın futbolçusu Altay Bayındırı transfer edib.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.  25 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb. "Qırımızı şeytanlar" keçidə görə İstanbul təmsilçisinə 7 milyon avro ödəyəcəklər.

Qeyd edək ki, Bayındır bu mövsüm "Fənərbaxça"nın heyətində 4 matçda oynamağı bacarıb, 2 qol buraxıb. O, Türkiyə millisində 5 oyun keçirib, 8 qol buraxıb. Həmçinin Altay “Fənərbaxça” ilə Türkiyə kubokunu qazanıb.


Son xəbərlər
topaz banner