"Səbail"dən ayrılan futbolçunun yeni klubu

"Səbail"dən ayrılan futbolçunun yeni klubu
XƏBƏR 29 Avqust 2023 / 14:25 2556
-  A +

"Səbail"dən ayrılan Qoba Zakpanın yeni klubu müəyyənləşib.

Qol.az xəbər verir ki, 31 yaşlı hücumçu  Şimali Makedoniyanın "Qostivar"ına transfer olunub. Bu barədə yüksək liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Zakpa 2022-ci ilin iyunundan 2023-cü ilin iyuluna qədər "Səbail"də oynayıb.

Qeyd edək ki, "Qostivar" Şimali Makedoniya çempionatında 5 turdan sonra 3 xalla 12 komanda arasında 11-ci pillədə qərarlaşıb.


Son xəbərlər
topaz banner