FİFA keçmiş prezidenti 15 il müddətinə futboldan uzaqlaşdıra bilər

FİFA keçmiş prezidenti 15 il müddətinə futboldan uzaqlaşdıra bilər
XƏBƏR 29 Avqust 2023 / 09:59 1430
-  A +

FİFA İspaniya Futbol Federasiyasının keçmiş prezidenti Luis Rubialesə yeni sanksiya tətbiq etmək üzrədir.

Qol.az "Daily Mail"ə istinadən xəbər verir ki, qurum Rubialesi 15 il ərzində istənilən futbol fəaliyyətindən uzaqlaşdırmaq istəyir. Qeyd olunur ki, bu, keçmiş rəhbərə ispaniyalı futbolçu Cennifer Hermosonun öpüşü ilə bağlı vəziyyətdə verilə biləcək maksimum cəza müddətidir.

Xatırladaq ki, FİFA intizam araşdırmasına başladıqdan sonra Rubialesi 90 gün müddətinə futbolla bağlı fəaliyyətindən kənarlaşdırıb.


Son xəbərlər
topaz banner