"Qarabağ"ın açıq məşqinin vaxtı müəyyənləşdi

"Qarabağ"ın açıq məşqinin vaxtı müəyyənləşdi
XƏBƏR 28 Avqust 2023 / 14:56 2019
-  A +

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Olimpiya" oyunundan öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.

Qol.az xəbər verir ki, bu haqda Ağdam klubu məlumat yayıb.

Komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı avqustun 30-u saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 18:30-da isə media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın açıq məşqi 20:00-da, mətbuat konfransı isə 21:20-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.


Son xəbərlər
topaz banner