“Zirə” Azərbaycan çempionatları tarixinə startda ardıcıl 4 qələbə qazanan 10-cu komanda kimi düşüb.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Misli Premyer Liqasının 2023/24 mövsümündə “Qarabağ”, “Kəpəz” və “Sabah”ı eyni – 1:0, “Səbail”i 2:1 hesabı ilə məğlub edib.
Qəsəbə təmsilçisi tarixində ilk dəfə yarışa belə uğurla başlayıb. 1992-ci ildən keçirilən yarışda bunadək 9 komanda belə starta imza atıb.
“Qarabağ” hamıdan çox – 5 dəfə (2003/04, 2013/14, 2017/18, 2019/20, 2022/23) ilk dörd oyununda 12 xal toplayıb. “Neftçi” dörd fərqli mövsümə (1992, 1994/95, 1996/97, 2000/01) 4 qələbə ilə başlamağı bacarıb. “Şəmkir” (2001/02, 2003/04) və “Xəzər Lənkəran” (2006/07, 2007/08) hərəyə iki, digər 5 komanda isə “Zirə” kimi bir dəfə belə starta sevinib. “Xəzri” 1995/96, “Kəpəz” 1998/99, AZAL 2007/08, “Şəfa” 2003/04, “Sabah” 2022/23 mövsümünün əvvəlində qarşısıalınmaz olmağı bacarıb.
Qeyd edək ki, startda dörd məğlubiyyət alan yeganə komanda “Qəbələ” də ilk dəfə belə seriya yaşayıb.
Meydana “Meydan” gəlir…
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video
"Barselona"nın zədəli futbolçularından xəbər var
"Real"dan PSJ-yə keçə bilər
“Sumqayıt” - “Neftçi”: Heyətlər
Azərbaycandan ayrılıb İslandiya klubuna keçdi
“Nyukasl” Trippyerin ayrılığını açıqladı
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Qvardiola bunu ilk dəfə bacardı
Millimizin üzvü oynadı, komandası uduzdu
Qadın hakimi yıxsalar da, kömək etmədilər - Video
Maldini İtaliya futboluna rəhbərlik edə bilər
"Nəticə haqda soruşmağa ehtiyac yoxdur" - Slot 0:4 haqda