Azərbaycan millisinin üzvü Türkiyədə oynaya bilər

Azərbaycan millisinin üzvü Türkiyədə oynaya bilər
XƏBƏR 26 Avqust 2023 / 13:30 6332
-  A +

Azərbaycan yığmasının və "Qrasshopper"in hücumçusu Renat Dadaşov karyerasını Türkiyədə davam etdirə bilər.

Qol.az xəbər verir ki, bu barədə "Teleqraf" məlumat yayıb. 24 yaşlı forvardla Superliqanın bir neçə klubu maraqlanır. O,  "Sivasspor", "Qaziantep" və "Konyaspor"dan təklif alıb. 

Qeyd edək ki, Dadaşovun "Qrasshopper"lə müqaviləsi 2024-cü ilin yayına qədərdir. Renat bu mövsüm 4 oyunda 1 qol vurub.


Son xəbərlər
topaz banner