İlin futbolçusu adına namizədlər açıqlandı

İlin futbolçusu adına namizədlər açıqlandı
XƏBƏR 17 Avqust 2023 / 16:35 3497
-  A +

UEFA-nın 2022/2023 mövsümünün sonunda verdiyi ilin ən yaxşı oyunçusu mükafatına namizədləri açıqlanıb.

Qol.az xəbər verir ki, bu barədə Avropanın ali futbol qurumunun saytı məlumat yayıb. Ən çox səs toplayan 3 namizəd bunlardır: Lionel Messi (hücumçu, PSJ, hazırda "İnter Mayami"də oynayır), Erlinq Haaland (hücumçu, "Mançester Siti") və Kevin de Bruyne (yarımmüdafiəçi, "Mançester Siti").

Final üçlüyü ötən mövsüm avrokuboklarda çıxış etmiş klubların məşqçiləri, UEFA-ya üzv ölkələrin milli komandalarının məşqçiləri, eləcə də seçilmiş jurnalistlərdən ibarət qrup tərəfindən seçilib.

Qalib avqustun 31-də Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində məlum olacaq.


Son xəbərlər
topaz banner