"Sabah"dan ayrılan Mikels yeni klubu ilə müqavilə imzaladı

"Sabah"dan ayrılan Mikels yeni klubu ilə müqavilə imzaladı
XƏBƏR 15 Avqust 2023 / 13:11 7830
-  A +

Ötən həftə “Sabah”dan ayrılan Coy-Lens Mikelsin yeni klubu müəyyənləşib.

Qol.az xəbər verir ki, almaniyalı hücumçu karyerasını Səudiyyə Ərəbistanının “Əl-Faysal”ında davam etdirəcək. Bu barədə sözügedən klubun saytı məlumat yayıb. 

İmzalanma mərasimində "Əl-Faysal"ın idarə heyətinin rəhbəri Əbdül Məcid bin Əbdüləziz Əl-Aimin də iştirak edib.

Xatırladaq ki, Coy-Lens Mikels 2021-ci ildən “Sabah”da çıxış edirdi. O, bu müddət ərzində meydana çıxdığı 69 oyunda 33 qol vurub.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner