PFL Azərbaycanın 1 və 2-ci liqalarının loqolarını açıqladı - Şəkillər

PFL Azərbaycanın 1 və 2-ci liqalarının loqolarını açıqladı - Şəkillər
XƏBƏR 14 Avqust 2023 / 10:20 2597
-  A +

Futbol üzrə Azərbaycan I və II Liqalarının loqoları bəlli olub. 

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, Liqaların sıralamasına uyğun olaraq ana xətdə rum rəqəmləri ilə 1-ci və 2-ci sıra sayları ifadə edilib. 

Burada həm də sıra saylarının çempionatları göstərən Liqa sözünün baş hərfinin (L) tamamlanmasında iştirak etdiyini görmək mümkündür.

1-ci və 2-ci sıra sayları və L hərfi arasındakı məsafə komandaların yüksəlişə (yüksək liqaya) doğru yoluna işarədir. Yolun konturları isə həm də qələbə üçün üz-üzə gələn iki tərəfi – klubları ehtiva edir.

Futbolçunun silueti oyunların əvəzolunmaz hissəsinin nümayişi ilə yanaşı, topa başla zərbə vuran futbolçu “İ” hərfinin obrazlı şəkildə təsviridir.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner