Qol.Az saytının suallarını “Karvan”ın baş məşqçisi Yunis Hüseynov cavablandırır
- Premyer-liqanın “Bakılı” ilə oyunun hazırlığı necə gedir?
- Hər şey normaldır. Bakıdakı bazamızda bir araya gəlmişik. Məşqlərimizi isə “Ədliyyə” stadionunda edirik. Düzdür, hava şəraiti bu gün bir az bizə mane oldu, amma ümumilikdə hər şey qaydasındadır.
- “Bakılı” audsayder olsa da, yəqin ki, arxayınlaşmaq olmaz.
- Elədir. Bizi çox ağır bir qarşılaşma gözləyir. Rəqibin zəif olması o demək deyil ki, artıq özümüzü qalib hesab edirik. Rəqibin kimliyindən asılı olmayaraq, bütün oyunlara məsuliyyətlə yanaşmaq lazımdır.
- Süleyman Kamara bu tur meydana çıxa biləcək?
- Kamaranın ciddi problemi yoxdur və onu oynamağa hazır saymaq olar. Sadəcə, mən istəyirəm ki, tam hazır olsun. Çünki hiss edirəm ki, qaçanda haradasa ayağında ağrı hiss edir.
- Bəlkə yenidən müalicə olunmasına ehtiyac var?
- Yox. Növbəti tura kimi Kamara da oynamağa tam hazır olacaq.
- Qış hazırlıq dönəmində heyətinizi ən azı iki səviyyəli legioner qatmadığınıza görə təəssüflənmirsiniz ki?
- Mən iki legionerin bizi daha da gücləndirməsnə inanmıram. Bir də ki, “Karvan” elə indi də güclüdür.
- Yunis müəllim, Lənkəranda sizə qarşı münasibət necə idi? Son günlər bununla bağlı müxtəlif fikirlər dolaşmaqdadır.
- Normal münasibətlə üzləşdik. Oyundan bir gün əvvəl Lənkərana getmişdik. Orada “Qala” otelində qaldıq və görüşdən bir gün öncə də, qaydalara uyğun olaraq bir saat matçın oynanılacağı stadionda məşq etdik. Deməyim odur ki, hansısa laqeyd münasibətlə üzləşmədik.
- Komandanızın kapitanı Kamal Quliyev “Xəzər-Lənkəran”ın baş məşqçisinin sizə yuxarıdan aşağı baxdığını bildirib. Kamalın sözlərinə görə o, Ponomaryov özünü elə aparıb ki, sanki “Çelsi”, “Real” kimi klubun baş məşqçisidir.
- Bu haqda mən də ölkə mətbuatından tanış olmuşam. Kamalla Ponomaryov görüşəndə mən orada olmamışam. Buna görə də münasibət bildirməyim doğru olmazdı.
- Ümumiyyətlə Ponomaryovla münasibətiniz necədir?
- Normal.
- Lənkəranda onunla görüşdünüz?
- Hə.
- O zaman son vaxtlar gəzən bir söhbətə də aydınlıq gətirsəniz pis olmazdı. Deyilənə görə, 1988-ci ildə Seul Olimpiadasına SSRİ-nin olimpiya millisinin heyətində siz getməli idiniz. Lakin son anda adınız siyahıdan çıxarılıb və Cənubi Koreyaya Ponomaryov yollanıb. Məhz bu səbəbdən o vaxtdan aranızda soyuq münasibət yaranıb.
- Bu haqda mənim nəsə deməyim düz olmaz.
- Amma bu məsələyə münasibət bildirməyiniz qaranlıq məqama aydınlıq gətirəcək.
- SSRİ-nin olimpiya millisinin heyətində mənim də adım vardı. Ümumiyyətlə, 1986-cı ildən bu yığmanın üzvü idim. Seuldakı olimpiadadan əvvəl bütün matçlarda əsas heyətdə meydançaya çıxdım. Turnir başa çatandan sonra mənə dedilər ki, Seula gedən heyətdə mütləq yer alacaqsan. Amma orada əsas heyətdə yer alıb-almayacağımın özündən də asılı olduğunu söylədilər. Bəli, qayıtdıq Bakıya və “Neftçı”də məşqlərimi davam etdirdim. Sonradan məlum oldu ki, Seula mən yox, Ponomaryov gedəcək.
- Bəlkə azərbaycanlı futbolçunun SSRİ yığmasının formasını geyinməsini Moskvadan istəmirdilər?
- Yox, burada mənim milliyətim heç bir rol oynamadı.
- İndiyə kimi bunun səbəbi sizə qaranlıq qalır?
- Bu işin arxasında kimlərin dayandığını öyrəndim.
- Bəlkə açıqlayasınız? Həmin şəxslər milliyətcə ruslar idi?
- Elə öz azərbaycanlılarımız mənim yolumu bağladılar. O vaxt idman komitəsində Arif Zərbəliyev, Rauf Adıgözəlov və bir də Yuri Məmmədov var idi. Məhz bu şəxslər haqqımda xoşagəlməz söhbətlər yayaraq Seula gedişimi əngəlləyərək əvəzimə Ponomaryovu göndərdilər.
- Haqqınızda nə deyirdilər?
- Moskvaya yalandan belə bir informasiya göndərmişdilər ki, guya mən məşq və rejimə əməl etmirəm, avaraçılıqla məşğulam. Buna görə də pis formadayam.
- Bəs, SSRİ yığmasının baş məşqçisi əlaqə saxlayıb məsələni sizinlə dəqiqləşdirmədi?
- Yox, hardan əlaqə saxlayaydılar? Bir də, artıq yuxarıdan qərar verilmişdi, onlar da mənim haqqımda sözlərini demişdilər. Mən kim idim ki, nəsə deyəm? Bir də sonradan onlar da bildilər ki, əsl həqiqət necə olub. Hacı Hacıyevi yəqin ki, tanıyırsınız. Rusiyanın ən tanınmış və təcrübəli mütəxəssislərindən sayılır. Seul olimpiadasından sonra həmin Hacıyev mənə demişdi ki, sənin Seula yolunu öz azərbaycanlıların bağladı.
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
AFFA prezidentindən Qurban Qurbanovla bağlı açıqlama
Cahangir Həsənzadə AFFA-dakı vəzifəsindən ayrılır
Azərbaycanda ən çox azarkeş toplayan komandalar açıqlandı
UEFA Azərbaycan klublarına nə qədər maliyyə vəsaiti ayırıb?
Rövşən Nəcəf Ayxan Abbasovun işinə qiymət verdi
"O stadion təmirə bağlanır" - Cahangir Fərəcullayev
İllik gəlir 61 milyon manat olub - AFFA açıqladı
AFFA-nın Hesabat Konfransı keçirilir
Del Pyero İtaliya millisi haqda - "Bu, rüsvayçılıqdır"