Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında 3-cü olub.
Qol.az xəbər verir ki, O, bürünc medal uğrunda görüşdə İlia Sulamanidzeni (Gürcüstan) məğlub edib.
Bu, Azərbaycan cüdoçularının hazırkı mundialda ilk medalı olub.
* * *
Bu gün Azərbaycanın daha bir cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında mübarizəyə başlayıb.
Qol.az xəbər verir ki, Zelim Kotsoyev (100 kq) tatamiyə çıxıb. O, 1/16 finalda Aleksandar Kukolya (Serbiya), 1/8 finalda Aaron Far (Avstriya), 1/4 finalda isə Peter Palçikə (İsrail) qalib gəlib.
Kotsoyev yarımfinalda Lukaş Krpaleklə (Çexiya) qarşılaşıb. Görüşün əsas vaxtında hesab açılmayıb. Qızıl xal bölümündə qayda pozuntusuna yol verən Azərbaycan təmsilçisi finala çıxmaq şansını itirib. O, üçüncü yer uğrunda qarşılaşmada İlia Sulamanidze (Gürcüstan) ilə üz-üzə gələcək..
Qeyd edək ki, daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), qadınlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Dünya çempionatı mayın 14-də başa çatacaq.
"İmişli"dən "Şəfa"ya
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər