"Real"ın prezidenti Florentino Peres komandanın son nəticələrinə görə baş məşqçi Karlo Ançelotti ilə görüşüb.
Qol.az "Marca"ya istinadən xəbər verir ki, Madrid təmsilçisinin rəhbəri vəziyyəti təhlil etmək, görülən işləri qiymətləndirmək, həmçinin komandanın bundan sonra nə etməyi planlaşdırdığına qərar vermək üçün məşqçi ilə komandanın son nəticələrini müzakirə edib.
Görüş “Real Sosyedad”a məğlubiyyət (0:2) fonunda baş tutub. Bu nəticənin Peresi sevindirmədiyi qeyd olunur. "Real" rəhbərliyi çempionatın sonlarını belə gözləmirdi.
Ancaq "Real" hələ də Ançelottiyə güvənir və onunla gələcək planlarını müzakirə edir.
"Real" sabah İspaniya Kral Kubokunun finalında "Osasuna" ilə qarşılaşacaq. Çempionlar Liqasının yarımfinal mərhələsində komandanın rəqibi "Mançester Siti" olacaq.
Madrid klubu La Liqada lider "Barselona"dan 14 xal geri qalaraq 3-cü pillədə qərarlaşıb.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı