PSJ-nin baş məşqçisi Kristof Qaltye Lionel Messinin komandadan uzaqlaşdırılmasına münasibət bildirib.
Qol.az xəbər verir ki, argentinalı hücumçu Səudiyyə Ərəbistanına icazəsiz səfər etdiyi üçün iki həftəlik komandadan kənarlaşdırılıb. O, Fransa çempionatında"Trua" və "Ayaçço" ilə oyunları buraxacaq.
Mütəxəssis deyib: “Gəlin hadisələrin xronologiyasından başlayaq. Həftənin əvvəlində rəhbərlik mənə Lioneli komandadan uzaqlaşdırmaq barədə qərar verdi. Qərar barədə mənə məlumat verilən kimi, bu barədə şərh verməməyi öhdəmə götürdüm. Mən klubun işçisiyəm, qərar verilib, bu haqda fikir bildirmirəm.Qərara mən də əməl edirəm.
Lionel qayıdanda nə olacağını görəcəyik. Bütün klubla, həmçinin ən maraqlı tərəf olan Messi ilə müzakirələr aparılacaq”.
Qeyd edək ki, Messinin yayda PSJ-dən ayrılacağı iddia olunur. Onun adı "Barselona", Səudiyyə Ərəbistanı və MLS klubları ilə hallanır.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı