"Barselona" "Selta"nın yarımmüdafiəçisi Qabriel Veyqa ilə maraqlanır.
Qol.az AS-a istinadən xəbər verir ki, PSJ-nin hücumçusu Lionel Messinin Kataloniya klubuna qayıdışı alınmasa, Kataloniya təmsilçisi sözügedən oyunçunu transfer edə bilər.
Bildirilib ki, 20 yaşlı futbolçunun agenti "Liverpul", "Mançester Siti", "Mançester Yunayted" və "Bavariya" ilə fəal danışıqlar aparır. "Real" da Veyqa ilə maraqlanır, lakin hələlik futbolçunun nümayəndəsi ilə danışıqlara başlamayıb.
"Barselona" prezidenti Joan Laporta əmindir ki, Veyqa komandanın oyun tərzinə uyğundur. Lakin Messi kluba qayıdacağı təqdirdə Kataloniya təmsilçisi futbolçunun transferi ilə bağlı danışıqlar aparmayacaq.
20 yaşlı yarımmüdafiəçi bu mövsüm "Selta"nın heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 9 qol vurub və 4 qolun ötürməsini verib.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır