Növbəti mövsüm üçün İtaliya A seriyasına vəsiqə qazanan ilk komandanın adına aydınlıq gəlib.
Qol.az xəbər verir ki, bu, “Frosinone”dir. Onlar B seriyasının 35-ci turunda “Recina”nı 3:1 hesabı ilə məğlub ediblər. Fabio Qrossonun komandası xallrının sayını 71-ə çatdırıb və sona 3 tur qalmış 3-cü pillədəki “Bari”ni 10 xal qabaqlayıb.
A seriyasına vəsiqə verən 2-ci yerdə hazırda “Cenoa” (67 xal) qərarlaşır.
Reqlamentə əsasən, 3-8-ci yerləri tutacaq komandalar A seriyasına 3-cü vəsiqə uğrunda pley-off matçlarında iştirak edəcəklər.
Qeyd edək ki, “Frosinone” tarixində 3-cü dəfə A seriyasında çıxış edəcək.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır