"Tottenhem"in futbolçusu Harri Keyn yeni uğura imza atıb.
Qol.az xəbər verir ki, ingilis hücumçu buna İngiltərə Premyer Liqasının 34 turunda “Liverpul”a 3:4 hesabı ilə məğlub olduqları oyunda qol vurmaqla nail olub.
Keyn bu mövsüm çempionatdakı qollarının sayını 25-ə çatdırıb.
Bununla da o, Premyer Liqanın 4 müxtəlif mövsümündə 25 və daha çox qol vuran Alan Şirerin rekordunu təkrarlayıb. 30 yaşlı forvard 2015-16 (25 qol), 2016-17 (29) və 2017-18 (30) mövsümlərində də bunu bacarıb.
Qeyd edək ki, Keyn bu mövsüm “Tottenhem”in heyətində bütün turnirlərdə keçirdiyi 45 oyunda 27 qol vurub.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır