Portuqaliya millisinin və "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo öz İnstaqram hesabında yeni paylaşım edib.
Qol.az xəbər verir ki, o, sevgilisi Corcina Rodriqezlə fotosunu izləyiciləri ilə bölüşüb. 38 yaşlı hücumçu paylaşımını belə şərh edib: "Eşqin şərəfinə".
Ronaldo bununla da Corcinadan ayrılmağa yaxın olduğu barədə yayılan məlumatları təkzib edib.
Qeyd edək ki, daha əvvəl forvardın modelin çox pul xərcləməsindən bezdiyi, buna görə də cütlüyün arasında münasibətlərin pisləşdiyi haqda xəbərlər yazılmışdı. Ronaldonun beş övladından ikisinin anası Corcinadır.

"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır