"Mançester Siti"nin hücumçusu Erlinq Haaland yeni rekorda imza atıb.
Qol.az xəbər verir ki, o, bunu İngiltərə çempionatının 32-ci turunun "Fulhem"lə səfər matçının (2:1) 3-cü dəqiqəsində penaltidən qol vurmaqla bacarıb. Beləliklə, norveçli oyunçu İngiltərədə son 92 ildə bir mövsümdə 50 qol vuran ilk futbolçu olub.
22 yaşlı hücumçu Premyer Liqada 34, Çempionlar Liqasında 12, İngiltərə Kubokunda 3 və Liqa Kubokunda 1 qol vurub.
Belə bir nailiyyətə cəmi üç futbolçu nail olub və sonuncu dəfə bu, artıq 92 il əvvəl reallaşıb. Diksi Din (1927/1928 mövsümündə 63 qol), Vik Uotson (1929/1930 mövsümündə 50 qol) və Tom Uorinq (1930/1931 mövsümündə 50 qol) bir mövsümdə 50 qol səddinə çatıb.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?