İngiltərə Premyer Liqasının 33-cü turunun "Brentford"la oyununda (0:2) məğlub olan "Çelsi" Çempionlar Liqasına düşmək şansını itirib.
Qol.az xəbər verir ki, London təmsilçisi hazırda 39 xalla Premyer Liqa cədvəlinin 11-ci pilləsində qərarlaşıb və yarışın bitməsinə 6 tur qalmış Çempionlar Liqası zonasından 20 xal geri qalır.
Beləliklə, "Çelsi"nin bu mövsümün sonunda Çempionlar Liqası zonasına düşmək şanı yoxdur. Klub 2018/2019 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasında oynamayacaq.
Qeyd edək ki, "Çelsi" yeni baş məşqçi Frank Lempardın rəhbərliyi altında bütün turnirlərdə keçirdiyi 5 matçın hamısında uduzub.
Xatırladaq ki, Çempionlar Liqasında bu mövsüm “Çelsi” 1/4 finalda "Real"a uduzaraq mübarizəni dayandırıb.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?