"Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 31-ci turunda ötən gecə "Jirona"ya uduzduqları (2:4) oyunu şərh edib.
Qol.az xəbər verir ki, italiyalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında çox aşağı səviyyədə oynadıqlarını bildirib:
“Çətin gecə idi. Müdafiədə pis oyun keçirdik. Əsas problem bu idi. Bu gün komanda oynamadı. Hansı ki, bu rəqibə qarşı komanda oyunu göstərməli idik. Hər mənada çox aşağı səviyyə çıxış etdik. Futbolçularım əsəbi idi.
Uğursuzluqlar xoş deyil, amma bundan faydalana bilərik. Müdafiədə etibarlı oyun olmasa, qalib gəlmək problemlidir. Bu gün müdafiədə etibarlılığımız yox idi. Əgər oyunçular bunu başa düşməsəər, hər gün təkrarlayacağam”.
Qeyd edək ki, "Real" 65 xalla (31 oyun) turnir cədvəlində 2-cidir. Siyahıya 76 xalla (30 oyun) "Barselona" başçılıq edir.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?