İngiltərə Premyer Liqasının 31-ci turunda "Nyukasl"a 1:6 hesabı ilə məğlub olan "Tottenhem"in futbolçuları azarkeşlərin könlünü almaq istəyir.
Qol.az xəbər verir ki, oyunçular səfər matçında komandanı dəstəkləyən fanatların bilet pulunu geri qaytaracaq. Bununla bağlı klubun rəsmi saytında futbolçuların adından açıqlama paylaşılıb:
"Komanda olaraq məyusluğunuzu və qəzəbinizi başa düşürük. Bilirik ki, belə vəziyyətlərdə sözlər kifayət etmir, amma inanın ki, hər məğlubiyyət bizi incidir. Həm evdə, həm də səfərdə dəstəyinizə görə minnətdarıq. Bununla əlaqədar olaraq, azarkeşlərə "Sent Ceyms Park"da keçirilən matçın biletlərinin pulunu geri qaytarmaq istərdik".
Xatırladaq ki, "Tottenhem" bu məğlubiyyətdən sonra martda mövsümün sonuna qədər müqavilə imzaladığı baş məşqçisi Kristian Stellini ilə yollarını ayırıb.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?