"Tottenhem" baş məşqçisini 1 ay sonra qovdu

"Tottenhem" baş məşqçisini 1 ay sonra qovdu
DÜNYA FUTBOLU 24 Aprel 2023 / 21:58 2705
-  A +

"Tottenhem" baş məşqçisi Kristian Stellini ilə yollarını ayırıb.

Qol.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. O, Premyer Liqanın son turunda "Nyukas"a 1:6 hesabı ilə məğlubiyyətdən sonra vəzifəsindən göndərilib.

Komandanı mövsümün sonuna kimi Rayan Meyson çalışdıracaq.

Qeyd edək ki, Kristian Stellini martın 26-da Antonio Konte istefaya göndərildikdən sonra "Tottenhem"in baş məşqçisi təyin olunmuşdu. Onunla mövsümün sonuna qədər müqavilə imzalanmışdı.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Dünya Çempionatı 2026
Son xəbərlər
17.07.26  10:30

PSJ-də yeni müqavilə

topaz banner