Fevralda baş məşqçi təyin olunan Ersun Yanal apreldə istefaya göndərildi

Fevralda baş məşqçi təyin olunan Ersun Yanal apreldə istefaya göndərildi
DÜNYA FUTBOLU 20 Aprel 2023 / 11:03 1679
-  A +

"Alanyaspor" baş məşqçisi Ersun Yanalla yolları ayırıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, mütəxəssisin Superliqa təmsilçisinin rəhbərliyi ilə görüşündən sonra bu qərar verilib.

Qeyd edək ki, E.Yanal bu ilin fevralında "Alanyaspor"un baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda 6 matçda 1 qələbə qazanıb, 1 heç-heçə edib, 4 dəfə uduzub. 

Əlavə edək ki, "Alanyaspor" hazırda 32 xalla  ölkə çempionatında 12-ci pillədə qərarlaşıb.


Son xəbərlər
23.07.25  14:39

Ferqyuson "Roma"da

23.07.25  10:17

"Sumqayıt"da ayrılıq