"Bavariya"nın futbolçusu Sadio Mane Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti"yə qarşı cavab oyununda iştirak edəcək.
Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Münhen klubunun baş məşqçisi Tomas Tuhel məlumat verib. O bildirib ki, Manenin komanda yoldaşı Leroy Sane ilə aralarında olan insidentə görə verilən cəzası başa çatıb. Mütəxəssis seneqallı hücumçunun üzr istədiyini və komanda ilə məşqlərə başladığını söyləyib. O, çərşənbə günü "Mançester Siti"yə qarşı heyətdə olacaq".
Qeyd edək ki, Çempionlar Liqası 1/4 final mərhələsinin "Mançester Siti" ilə ilk matçından (0:3) sonra paltardəyişmə otağında Sadio Mane ilə Leroy Sane mübahisə edib. Mane komanda yoldaşını yumruqla vurub. Buna görə klub 31 yaşlı futbolçunu Bundesliqanın "Hoffenhaym"la görüşünün heyətinə daxil edilməyib. Mane həmçinin 500 min avro məbləğində cərimələnib.
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Mingəçevir"dən qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər