“Qarabağ”ın sabiq hücumçusu Ovusu Kvabena Macarıstanda növbəti qolunu vurub.
Qol.az xəbər verir ki, qanalı futbolçu yüksək liqada 27-ci turun matçının iştirakçısı olub. “Ferensvaroş”un oyunçusu “Budapest Honved”lə görüşdə (3:0) komandasının 3-cü qolunu vurub. Ovusu 80-ci dəqiqədə Marquinhosun əvəzinə meydana daxil olub, 7 dəqiqə sonra isə qola imza atıb.
Bu, onun “Ferensvaroş”da 4 oyuna 2-ci qoludur. 2023-cü ilin yanvarında macar klubuna keçən Ovusu zədəsi səbəbindən bir çox oyunu buraxıb.
Bu qələbədən sonra çempionatın lideri “Ferensvaroş” xalını 58-ə yüksəldib. O, ən yaxın rəqibi “Keçkemeti” 6 xal qabaqlayır.
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Mingəçevir"dən qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər