Niderland birinci divizionunda 33-cü turun oyunları keçirilib.
Qol.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” səfərdə “Venlo” ilə qarşılaşıb. Oyun heç-heçə ilə başa çatıb – 2:2.
Ozan da bu görüşün iştirakçısı olub. O, 58-ci dəqiqədə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının 2-ci qolunu da 68-ci dəqiqədə Kökçü vurub. Bu, Ozanın cari mövsümdə vurduğu 6-cı qoldur.
Qeyd edək ki, “Eyndhoven” hazırda 51 xalla 20 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.
"Venlo" - "Eyndhoven" - 2:2
Qollar: Amevor, 50-avtoqol, Venema, 84 - Amevor, 28, Kökçü, 68.
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Mingəçevir"dən qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu