İtaliya millisinin sabiq hücumçusu Antonio Kassano “Roma”nın baş məşqçisi Joze Mourinyonu tənqid edib.
Qol.az xəbər verir ki, məşhur veteran futbolçu İtaliya mətbuatına açıqlamasında portuqaliyalı mütəxssisin komandada ədəbsiz davrandığını və heç bir taktiki gedişlə yadda qalmadığını deyib:
“Mənim üçün Mourinyo sıfırdır və xoşagəlməz futbol oynadır. “Roma” gah qalib gəlir, gah da uduzur, amma onların futbolu həmişə eynidir. Heç ardıcıl üç ötürmə də etmirlər. Mourinyo özünü fenomen sayır və Pep Qvardiola olmaq istəyir. Amma xəyallarında da Qvardiola ola bilməz. Fakt budur ki, “Roma” 20 il əvvəlin futbolunu oynayır. Mourinyo “Roma” ilə kubok qazandı, bundan sonra da istədiyini qazana bilər. Ancaq reallıq budur ki, o, Romada ədəbsiz davranır. Əksər futbolçular onun çalışdırdığı komandalardan ayrılmaq istəyir”.
Qeyd edək ki, Mourinyo 2021-ci ilin yayından “Roma”nı çalışdırır. Onun komandası hazırda A seriyasının turnir cədvəlində 3-cü pillədədir. Avropa Liqasında da mübarizəni davam etdirən paytaxt klubu 1/4 finalın ilk oyununda ötən gecə səfərdə "Feyenoord"a 0:1 hesabı ilə uduzub.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu