Karyerasını başa vurana qədər "Real"da qalmaq istəyir

Karyerasını başa vurana qədər "Real"da qalmaq istəyir
DÜNYA FUTBOLU 13 Aprel 2023 / 14:58 1611
-  A +

"Real"ın futbolçusu Vinisius Junior karyerasını başa vurana qədər Madrid təmsilçisində qalmaq istəyir.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, Çempionlar Liqasının 1/4 finalında "Çelsi"yə 2:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra deyib: “Yeni müqaviləm? "Real"la məni həmişəlik klubda saxlayacaq müqavilə imzalamaq istəyirəm. Çünki "Real" dünyanın ən yaxşı komandasıdır”.

Qeyd edək ki, 22 yaşlı braziliyalı oyunçunun "kral klubu" ilə hazırkı müqaviləsi gələn mövsümün sonuna qədərdir. 


Dünya Çempionatı 2026
Son xəbərlər
17.07.26  10:30

PSJ-də yeni müqavilə

topaz banner