Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu baş məşqçi Rudi Qarsiyanı istefaya göndərib.
Qol.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. "Əl-Nəsr"in son vaxtlardakı nəticələri komanda daxilində narazılıq yaradıb. 59 yaşlı mütəxəssislə futbolçuların münasibətləri də korlanıb.
Bildirilir ki, Qarsiya “Əl Feyha” ilə ötən həftə sonu keçirilən oyundan (0:0) paltardəyişmə otağında futbolçularla mübahisə edib. Bu da klub rəhbərliyinin etirazına səbəb olub.
Həmin görüşdən sonra açıqlama verən "Əl-Nəsr"in hücumçuçu Kriştiano Ronaldu Qarsiyadan narazılığını ifadə edib.
Qeyd edək ki, hazırda “Əl Nəsr” Səudiyyə Ərəbistanı çempionatında “Əl-İttihad”dan 3 xal geri qalaraq ikinci yerdədir.
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Mingəçevir"dən qələbə, "Şəfa" xal itirdi