“Liverpul”un futbolçusu Roberto Firmino bu mövsümün sonunda komandadan ayrılacağını təsdiqləyib.
Qol.az xəbər verir ki, o, ESPN-ə müsahibəsində bu barədə danışıb:
"Bu mövzuda çox danışmayacağam. Çünki kövrələ bilərəm. Bütün bunlar mənim üçün böyük bir klubda gözəl tarixə malik bir mirasdır. Mən çox xoşbəxtəm və burada əldə etdiyimiz hər şeyə görə Tanrıya minnətdaram. Amma bu mənim üçün yeni bir çağırışdır. Komanda yoldaşlarımla birlikdə mövsümü yaxşı başa vurmaq istəyirəm”.
Qeyd edək ki, 31 yaşlı hücumçu 2015-ci ildən “Liverpul”da çıxış edir. 2022/23 mövsümündə o, 32 oyunda 11 qol vurub və 5 məhsuldar ötürmə edib.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Mingəçevir"dən qələbə, "Şəfa" xal itirdi