“Barselona” futbolçusu Usman Dembele ilə müqavilənin uzadılması ilə bağlı danışıqları dayandırıb.
Qol.az sport.es-ə istinadən xəbər verir ki, buna səbəb Kataloniya təmsilçisinin çətin maliyyə vəziyyəti və La Liqada maaş limiti olub.
Dembelenin "Barselona" ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Klub futbolçu ilə müqaviləni uzatmaq istəyir. Fransalı hücumçunun özü də komandada qalmağı planlaşdırır. O, keçən il maaş artımından imtina edib və çox güman ki, yeni müqavilədə daha çox pul tələb edəcək.
Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm 28 matçda oynayıb, 8 qol vurub və 7 qolun ötürməsini verib.
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Mingəçevir"dən qələbə, "Şəfa" xal itirdi