"Bavariya"nın hücumçusu Erik Şupo-Motinq Çempionlar Liqasının 1/4 final mərhələsinin "Mançester Siti" ilə ilk oyununu buraxacaq.
Qol.az Münhen təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 34 yaşlı hücumçunun diz oynaqlarında problem var.
Kamerunlu futbolçunun sıraya dönəcəyi vaxt bəlli deyil..
Qeyd edək ki, aprelin 11-də keçiriləcək "Mançester Siti" - "Bavariya" qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.