2022/23 mövsümdən Şampionşipdən Premyer Liqaya vəsiqəni təmin edən ilk komanda müəyyənləşib.
Qol.az xəbər verir ki, bu, “Bernli” klubudur. Vinsent Kompaninin komandası 40-cı turda səfərdə “Midlspro”ya 2:1 hesabı ilə qalib gəlib. Şampionşipin lideri xalını 87-ə yüksəldib və mövsümün son 7 turunun nəticəsindən asılı olmayaraq yeni mövsümdən Premyer Liqada oynamaq hüququ qazanıb.
Qeyd edək ki, “Bernli” son dəfə 2021/22 mövsümündə yüksək liqada oynayıb və 18-ci yeri tutaraq aşağı liqaya düşüb.