İtaliya A seriyasında 29-cu tura start verilib.
Qol.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib. Lider "Napoli" "Leççe"nin qonağı olub və 2:1 hesabı ilə qalib gəlib. "Milan" - "Empoli" görüşündə qapılıara qol vurulmayıb. "İnter" isə "Salernitana" ilə heç-heçə edib - 1:1.
Qeyd edək ki, turnir cədvəlinə 74 xalla (29 oyun) başçılıq edilir. "Latsio" 55 xalla (28 oyun) 2-ci, "Milan" 52 xalla (29 oyun) 3-cüdür.
7 aprel
"Milan" - "Empoli" - 0:0
"Leççe" - "Napoli" - 1:2
Qollar: Loreno, 18 (0:1), Di Fransesko, 52 (1:1), Falkone, 64-avtoqol (1:2)
"Salernitana" - "İnter" - 1:1
Qollar: Qosens, 6 (0:1), Kandreva, 90 (1:1)