"Dinamo" Zaqrebin yeni baş məşqçisi açıqlandı

"Dinamo" Zaqrebin yeni baş məşqçisi açıqlandı
DÜNYA FUTBOLU 6 Aprel 2023 / 21:50 2853
-  A +

Millimizin hücumçusu Mahir Emrelinin müqavilə ilə məxsus olduğu Zaqreb "Dinamo"sunun yeni baş məşqçisi bəlli olub.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda İqor Bişçana tapşırılıb.

Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Hazırda Xorvatiyanın U-21 yığmasını da çalışdıran 45 yaşlı mütəxəssis uzun müddət "Dinamo"da oynayıb. O, klub tarixinin ən çox kubok qazanan futbolçularından biri olub.


Son xəbərlər