Rəşad Sadıqovla Ramal Hüseynov şərəfini qoruduğu Türkiyənin «Kocaelispor» klubu Superliqanın növbəti turunda səfərdə «Qalatasaray»ın qonağı olacaq. «Kocaelispor» artıq qarşıdakı matçın hazırlıqlarına start verib. Bu haqda Qol.Az-a açıqlamasında milli komandamızın kapitanı Rəşad Sadıqov məlumat verib: «Bildiyiniz kimi, son turda «Kayserispor»a məğlub olduq. Halbuki həmin gün qələbəyə layiq olan tərəf məhz biz idik. Bir tərəfdən hakimin, bir tərəfdən də bəxtin rəqibin tərəfində olması məğlubiyyətimizə gətirib çıxardı. Buna görə komandada əhval-ruhiyyə istənilən səviyyədə deyildi. Lakin bu gün məşqdən qabaq klubdaxili toplantı keçirildi. Burada məşqçimiz və rəhbərlik bizə inandıqlarını bildirdilər. Baş məşqçimiz dedi ki, digər oyunlarda da «Kayserispor»la qarşılaşmada olduğu kimi çıxış edə bilsək, mütləq layiq olduğumuz yerə çıxacağıq».
Bu gündən etibarən «Qalatasaray»la oyunun hazırlıqlarına start verdiklərini bildirən Rəşad rəqibin kimliyinin onlar üçün maraq daşımadığını deyib: «İndi elə bir vəziyyətdəyik ki, kimə qarşı oynamağımızın bizim üçün heç bir fərqi yoxdur. İstər rəqib «Qalatasaray» olsun, istər «Milan», və ya «Barselona». Hazırkı durumda bu heç bir önəm daşımır. Çünki itiriləsi xalımız qalmayıb. İstanbula ancaq qələbə dalınca yollanacağıq. Biz çıxıb meydanda öz oyunumuzu sərgiləyəcəyik. Nəticənin necə olacağını isə Allah bilir».
«Kayserispor»a qarşı matçda 90 dəqiqə meydanda olan Rəşad «Qalatasaray»la matçda da forma geyəcəyinə ümid edir: «Oyuna hələ 5 gün var. Buna görə də indidən nəsə demək düz çıxmaz. Amma «Ali Sami Yen»də meydana çıxacağıma ümid edirəm. İnşallah, məşqçimiz şans verəcəyi halda, çıxıb sonadək «döyüşəcəyəm».
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
AFFA prezidentindən Qurban Qurbanovla bağlı açıqlama
Cahangir Həsənzadə AFFA-dakı vəzifəsindən ayrılır
Azərbaycanda ən çox azarkeş toplayan komandalar açıqlandı
UEFA Azərbaycan klublarına nə qədər maliyyə vəsaiti ayırıb?
Rövşən Nəcəf Ayxan Abbasovun işinə qiymət verdi
"O stadion təmirə bağlanır" - Cahangir Fərəcullayev
İllik gəlir 61 milyon manat olub - AFFA açıqladı
AFFA-nın Hesabat Konfransı keçirilir
Del Pyero İtaliya millisi haqda - "Bu, rüsvayçılıqdır"