"Real"ın futbolçusu Kərim Benzema "El-Klassiko" tarixinin ən çox qol vuran 4-cü oyunçusu olub.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, buna İspaniya kubokunun yarımfinalında "Barselona"ya qarşı cavab matçında (4:0) het-trik etməklə nail olub. Beləliklə, fransalı hücumçu "El-Klassiko"da vurduğu qolların sayını 16-ya yüksəldib. Benzema "El-Klassiko" tarixlərində ən çox qol vuran futbolçular siyahısında "Real"ın sabiq oyunçusu Raul Qonzalesi geridə qoyaraq 4-cü pilləyə yüksəlib.
Qeyd edək ki, siyahıya "Barselona"nın sabiq futbolçusu Lionel Messi (26 qol) başçılıq edir. Alfredo Di Stefano və Kriştiano Ronaldo 18 qolla 2-3-cü pillələri bölüşdürürlər.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin