Almaniyanın Qərb Regional Liqasında 26-cı turdan təxirə salınmış oyunlar keçirilib.
Qol.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke-2” doğma meydanda “Fortuna-2” (Düsseldorf) ilə qarşılaşıb. "Şalke-2" oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və 11-ci dəqiqədə məcburi əvəzlənib. O, zədələnib
Qeyd edək ki, “Şalke-2” hazırda turnir cədvəlində 39 xalla 9-cu pillədə qərarlaşıb.
"Şalke-2" - "Fortuna-2" - 0:2
Qollar: Oberdorf, 25, Efraym Kalonyi, 58
Qırmızı vərəqə: İbrahima Sisse, 90+4 ("Şalke-2")
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin