İtaliya Maliyyə Polisi A seriyasında mübarizə aparan 3 klubun - “Roma”, “Latsio” və “Salernitana”nın bazasında axtarış aparıb
Qol.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb. Axtarışlara səbəb kimi 2017-2021-ci illərdə 4 mövsüm ərzində sözügedən klublar tərəfindən həyata keçirilən futbolçu transferlərində qanunauyğunsuzluqların olduğu göstərilib.
Lakin hansı transferlərin araşdırıldığı, dəlil tapılıb-tapılmadığı açıqlanmayıb.