Avropa Liqasının 1/4 final mərhələsində "Feyenord"un qonağı olacaq "Roma"nın azarkeş dəstəyi olmayacaq.
Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bu komandalar arasındakı oyunlar təhlükəsizlik baxımından yüksək risk daşıyır və bu səbəbdən "Roma" azarkeşləri oyuna buraxılmayacaq. Anoloji qadağanın "Feyenoord" azarkeşlərinə də tətbiq ediləcəyi gözlənilir.
Qeyd edək ki, "Feyenoord" - "Roma" matçı aprelin 13-də Rotterdamda keçiriləcək.