İspaniya kubokunun yarımfinalında bu gün keçiriləcək "Barselona" - "Real" oyunu Rusiya telekanalları vasitəsi ilə açıq yayımla nümayiş olunacaq.
Qol.az xəbər verir ki, "El-Klassiko" "Matç TV", "Matç Premyer", "Futbol 2" telekanallarında göstəriləcək.
Qeyd edək ki, sözügedən görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında ilk matç Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.