Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib.
Qol.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Sloveniyalı funksioner Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 47-ci UEFA Konqresində 4 illik müddətə yenidən seçilib . O, bu vəzifəyə yeganə namizəd idi.
Qeyd edək ki, 56 yaşlı Çeferin 2016-cı ildən UEFA-nın rəhbəridir. O, 3-cü dəfədir bu vəzifəyə seçilir.