Futbolçunu vuran hakimə 12 oyunluq cəza

Futbolçunu vuran hakimə 12 oyunluq cəza
DÜNYA FUTBOLU 5 Aprel 2023 / 11:29 1024
-  A +

Meksika çempionatının 13-cü turunda "Amerika" - "Leon" oyununun (2:2) baş hakimi Fernando Hernandes 12 oyunluq cəzalandırılıb.

Qol.az Meksika Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, buna onun qonaq komandanın futbolçusu Lukas Romeronun qasığına dizi ilə vurması səbəb olub. F.Hernandes oyunçu onun qərarına etiraz etdiyi üçün bu addımı atmışdı.

Qeyd edək ki, qalmaqallı görüşdə hakim hər iki komandanın baş məşqçisini texniki zonadan uzaqlaşdırıb, 6 futbolçuya sarı vərəqə göstərib.


Dünya Çempionatı 2026
Son xəbərlər
17.07.26  10:30

PSJ-də yeni müqavilə

topaz banner