"Şaxtyor”un idman direktoru Dario Srna FİFA-nı sərt tənqid edib.
Qol.az xəbər verir ki, o, “Marca”ya müsahibəsində deyib ki, dünyanın ali futbol qurumu “Şaxtyor”un bahalı əcnəbi futbolçularının pulsuz olaraq digər ölkələrin klublarına keçməsinə şərait yaradıb.
“UEFA Çeferinin vasitəsi ilə Ukrayna futbolu və bizə kömək üçün əlindən gələni əsirgəmədi. FİFA isə əksinə, bizi məhv etdi. Onlar bir dəfə də olsa bizi müdafiə etmədilər. Əgər “Real”, “Sevilya”, “Barselona” və ya “Bavariya” bizim durumla üzləşsəydilər, onlara dərhal yardım olunardı. “Şaxtyor” son 20 ildə Avropa futbolu üçün az iş görməyib.
Ümumi bazar qiyməti 150-200 milyon avro olan 14 əcnəbi futbolçumuz vardı. Onlara müqavilələrini dayandırmağa və getməyə icazə verdilər. Solomon və Tetenin ilyarımlıq müqavilələri vardı. Biri “Fulhem”ə, digəri “Lion”a getdi. Bu oyunçular qayıdanda bizimlə cəmi yarım illik müqavilələri qalacaq. Bu, qəbuledilməzdir. Hamı deyirdi ki, bizə kömək olunacaq, futbolçuların pulsuz getməsinə razı olmayacaqlar. Amma bəzi klublar bizim düşdüyümüz bu vəziyyətdən istifadə etdilər” - deyə klub rəsmisi bildirib.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra FİFA Ukrayna klublarında oynayan legioner futbolçulara müqaviləsi başa çatmadan digər ölkələrin klublarında çıxış etməyə icazə verib.
Adarabioyo “Tottenhem”də
2-ci liqada 3 oyun
Argentina “10” nömrəsini kimə həvalə edəcək?
Növbəti matça sabiq baş məşqçi ilə çıxacaqlar
"Qalatasaray"dan sonra İtaliya klubuna keçə bilər
Azərbaycan millisi 1/8 finalda dayandı
"Sabah" braziliyalı futbolçu transfer etdi
O da milli karyerasını başa vurdu
“Roma” A Seriyasına rekordla başladı
"Qarabağ"dan gedər-getməz qol vurdu, komandası qalib gəldi
"Bayer"ə qayıtdı
Polşa klubundan Emreliyə xüsusi diqqət - Video
“Kəpəz”dən yeni transfer
2-ci Liqada yeni mövsümə start verildi
“Trabzonspor” baş məşqçisini göndərdi
Azərbaycan millisinin məşqçisi vəfat edib
“Qəbələ”ni növbəti oyuna kim hazırlaşdırır?
Mahir Emrelinin komandasına yeni baş məşqçi təyin olundu
Qabriel Jezus rəsmən “Barselona”da
PSJ-dən "Aston Villa"ya keçdi - Rəsmi
Misli Premyer Liqasında avqustun ən yaxşı 5 qolu - Video
2-ci liqa klubunun stadionu FİFA sertifikatına layiq görüldü
Azərbaycan klubu nigeriyalı oyunçu transfer etdi
Türkiyə - Azərbaycan oyunu bu kanallarda
Misli Premyer Liqasında 6 oyunun vaxtı açıqlandı
Santyaqo Ximenes “Portu”ya keçdi
Berdıyev narahat deyil, bəs, "Turan Tovuz" rəhbərliyi?..
UEFA Gənclər Liqası: "Sabah"ın oyunlarının təqvimi
"Çelsi"dən "Leyptsiq"ə keçdi
“Sabah” ÇL-in qalibi ilə maraqlanır - İddia
91 illik rekordu 19 yaşında qırdı
“Yuventus”da yeni hücumçu
“Daha güclü “Qarabağ” görəcəksiniz” - Marko Yankoviç