Qadın futbolçular arasında 2025-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşib.
Qol.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, turnir İsveçrədə keçiriləcək.
Bununla bağlı qərar UEFA-nın İcraiyyə Komitəsinin Portuqaliyanın paytaxtı Lissabonda keçirilən iclasında qəbul edilib.
Qeyd edək ki, Avropa çempionatında 16 komanda iştiirak edəcək.