Bundesliqadan Braziliya klubuna

Bundesliqadan Braziliya klubuna
DÜNYA FUTBOLU 4 Aprel 2023 / 22:16 1509
-  A +

Almaniyanın “Bayer” klubu yarımmüdafiəçisi Çarlz Aranqislə yollarını ayırıb.

Qol.az xəbər verir ki, Çili yığmasının üzvü Bundesliqa təmsilçisi ilə bu ilin yayında bitəcək müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv etdirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı futbolçu karyerasını Braziliyanın “İnternasional” klubunda davam etdirəcək. O, yeni klubu ilə 2025-ci lin iyununa kimi müqavilə bağlayıb.

Qeyd edək ki, Aranqis 2015-ci ildə məhz “İnternasional”dan “Bayer”ə keçmişdi. O, bu komandada 214 oyuna 17 qol vurub.


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir

20.07.25  11:39

"Roma"dan yeni transfer

19.07.25  18:25

"Real"da qalır