"Espanyol"un yeni baş məşqçisi müəyyənləşib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Luis Qarsiya təyin edilib. O, istefaya göndərilən Dieqo Martinesi əvəzləyib. 42 yaşlı mütəxəssislə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, L.Qarsiya 2005-2011-ci illərdə futbolçu kimi "Espanyol"da oynayıb.
Xatırladaq ki, "Espanyol" La Liqada 18-ci pillədə qərarlaşıb.