Qvardiola Haalandın durumundan danışdı

Qvardiola Haalandın durumundan danışdı
DÜNYA FUTBOLU 4 Aprel 2023 / 12:54 2415
-  A +

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola futbolçusu Erlinq Haalandın durumu haqda danışıb.

Qol.az xəbər verir kİ, 22 yaşlı hücumçu zədə səbəbindən İngiltərə Premyer Liqasının 29-cu turunda "Liverpul"a 4:1 hesabı ilə qalib gəldikləri oyunu buraxıb.

Qvardiola norveçli oyunçu ilə bağlı deyib: “Erlinq indi daha yaxşıdır. Ümid edirəm ki, onun bu həftə "Sauthempton", "Bavariya" ilə matçlara hazırlaşmaq üçün vaxtı olacaq və Haaland həmişəki kimi bizə kömək edəcək".

Qeyd edək ki, "Mançester Siti" Premyer Liqada aprelin 8-də səfərdə “Sauthempton”la qarşılaşacaq. Çempionlar Liqasının 1/4 final mərhələsinin “Bavariya” ilə ev oyunu isə aprelin 11-də keçiriləcək.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir

20.07.25  11:39

"Roma"dan yeni transfer

19.07.25  18:25

"Real"da qalır